Hüquq-mühafizə orqanlarının təlimçiləri üçün Operativ Əməliyyatçı təlimi kursu
-
Gün #5
Beşinci gün aşağıdakı mövzuları əhatə edir:
- İnternet cinayətlərindən əldə edilən gəlirlərin axtarışi, həbsi və müsadirəsi mövzusuna giriş
- Maliyyə təhqiqatları
- Kibercinayətkarlıq işlərində maliyyə istintaqının xarakteri barədə qeydlər
- İnternet cinayətləri zamanı pul axını tipologiyaları: 1-ci hissə
- İnternet cinayətləri zamanı pul axını tipologiyaları: 2-ci hissə
- Beynəlxalq Əməkdaşlıq
-
Powerpoint 2007 təqdimat
Sessiyanın məqsədi:
- Nümayəndələrə təlim kursuna olan tələb və kursun məqsəd və vəzifələri barədə məlumat vermək.
- Nümayəndələrin fəaliyyət proqramı və cədvəl haqqında kifayət qədər məlumat əldə etmələrini təmin etmək.
- Kursa dair sağlamlıq, təhlükəsizlik və inzibati məsələlər barədə məlumat vermək.
- Nümayəndələri təlimçilərə və digər nümayəndələrə təqdim etmək.
-
Sessiyanın sonunda tələbələr aşağıdakılara qabil olacaq:
- Cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsinin aktuallığını və kibercinayətkarlıq və onlayn cinayət təhqiqatının digər növləri ilə əlaqəsini izah etmək
- Maliyyə istintaqının nə olduğunu müəyyənləşdirmək
- Müvafiq beynəlxalq hüquqi sənədləri sadalamaq
- Müvafiq terminləri müəyyənləşdirmək
- Maliyyə təhqiqatının dörd elementini anlamaq
- Müxtəlif müsadirə rejimlərini təsvir etmək
- Çirkli pulların leqallaşdırılmasına münasibəti izah etmək
- Çirkli pulların leqallaşdırılmasına dair təhqiqatlarda MMO-nun (Maliyyə Monitorinqi Orqanı) rolunu anlamaq
-
Sessiyanın məqsədi:
- Nümayəndələrə, kibercinayətkarlıq işlərində maliyyə istintaqlarına xas olan çətinliklər barədə məlumat vermək
- Adətən hansı növ sərvət aşkar edilir?
- Gizli iqtisadiyyatın xarakteri nədir?
- İstintaqın bütün mərhələlərində müvafiq dəlil mənbələri hansılardır?
-
Sessiyanın məqsədləri
Cinayət əməlləri zamanı aşağıdakıların istifadəsi üzrə pul axını tipologiyalarını izah etmək:
- Pul köçürmə təminatçıları
- Bank köçürmələri, Bank hesablarının qəbulu / açılması
- Nağd pul çıxarılması
- İnternet ödəniş xidmətləri
-
Sessiyanın məqsədləri
Aşağıdakı istifadələr üzrə cinayət yolu ilə əldə edilən pulların axını tipologiyalarını izah etmək:
- Pul qatırları
- Beynəlxalq köçürmələr
- Virtual valyutalar
-
Sessiyanın məqsədləri
Konkret halın tədqiqi ssenarisi vasitəsi ilə internetdə cinayət yolu ilə əldə olunan gəlirlərin hədəfə alınmasında beynəlxalq əməkdaşlığın müvafiqliyini izah etmək