Hüquq-mühafizə orqanlarının təlimçiləri üçün Operativ Əməliyyatçı təlimi kursu
-
Gün #3
Üçüncü gün aşağıdakı mövzuları əhatə edir:
- Budapeşt Konvensiyası üzrə prosedur qaydalar
- Axtarış və götürmə
- Axtarış və götürmə: Ölü qutu üzrə ssenarilər
- Axtarış və götürmə: Canlı (real vaxt rejimli) məlumat üzrə ssenarilər
-
Sessiyanın sonunda nümayəndələr aşağıdakılara qabil olacaq:
- Budapeşt Konvensiyasının prosessual müddəalarını izah etmək.
- Şərtlərin və təminatların əhəmiyyətini və onların müəyyənləşdirilməsi yolunu izah etmək.
- Kibercinayətkarlıq haqqında Konvensiyanın (Budapeşt Konvensiyası) maddələrini milli qanunvericilikdə müəyyənləşdirmək.
-
Sessiyanın sonunda iştirakçılar aşağıdakılara qabil olacaq:
- Rəqəmsal dəlillərin tapıla biləcəyi axtarış reydinin lazımi şəkildə planlaşdırılması və hazırlanmasını izah etmək.
- Rəqəmsal dəlillərin tapıla biləcəyi axtarış reydi üçün lazım olan alətləri və vasitələri sadalamaq.
- Rəqəmsal dəlillərin olduğu cinayət yerinin qorunmasını necə təmin edəcəklərini və sənədləşdirəcəklərini izah etmək.
-
Sessiyanın sonunda iştirakçılar aşağıdakılara qabil olacaq:
- Göstərilən ssenarilər əsasında elektron dəlil mənbələrini müəyyənləşdirmək
- Elektron dəlillərin qablaşdırılması, daşınması və saxlanması üzrə Standart Əməliyyat Prosedurlarını (SƏP) təsvir etmək
- Cihazın növünə əsasən müxtəlif SƏP-ləri fərqləndirmək
- Kompüter sisteminin enerji vəziyyətini yoxlamaq üsullarını müzakirə etmək
- Elektron cihazların götürülməsi üzrə ümumi təlimatları tətbiq etmək
-
Sessiyanın sonunda iştirakçılar aşağıdakılara qabil olacaq:
- "Dəyişkən məlumatlar", "Keçid Məlumatları" və "Canlı Məlumatların Məhkəmə ekspertizası" terminlərini müəyyənləşdirmək
- Təhqiqatlar üçün dəyişkən məlumatların dəyərini izah etmək
- Canlı Məlumatlar üzrə Məhkəmə Ekspertizası olmadan itiriləcək məlumatların ən azı dörd növünü sadalamaq
- İşləyən kompüter sistemi ilə qarşılaşdıqda operativ əməliyyat tədbirlərini həyata keçirmək
- Canlı cavab və Boot-DVD daxil olmaqla dəyişkən məlumat əldə etmək üçün ən azı dörd vasitənin adını demək
- Şifrələmə problemlərini və şifrələmə ilə əlaqəli ssenarilərdə Canlı məlumatların ekspertizası imkanlarını təsvir etmək
- Verilənlərin uzaqda saxlanıldığı ssenarilərdə çətinliklər və müxtəlif hüquqi çərçivələri müzakirə etmək, məs. bulud sistemli xidmətlər.
- „Bulud sistemi“ terminini müəyyənləşdirmək
- Ən azı üç bulud sistemi xidmətini müqayisə etmək